Menyu

Qobustan qəsəbəsində yeni körpünün tikintisinə dair son vəziyyət açıqlanıb

Operativ Media
Qobustan qəsəbəsində yeni körpünün tikintisinə dair son vəziyyət açıqlanıb
1 dəq oxu

Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci km-də, paytaxtın Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yeni körpünün dayaqlarının inşası başa çatdırılıb.

Operativ Media bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hazırda aşırım tirlərinin quraşdırılması işləri aparılır. Tikinti işlərinin yaxın müddətdə yekunlaşdırılması ilə ərazidə rahat və təhlükəsiz gediş-gəliş təmin olunacaq.

Bundan əvvəl yolun Bakı istiqamətində yerləşən körpü də yenidən inşa edilərək istifadəyə verilib. Hazırda işlər əks istiqamətdə davam etdirilir.

Əlaqəli Xəbərlər