Bəzi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb - Faktiki hava
Aprelin 13-ü saat 15:00-a olan məlumata əsasən, Naxçıvan, Şərur, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şahdağ, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb, Balakən-Şəki zonasında yağıntılar intensiv olub.
"Operativ Media" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Yağan intensiv yağışlarla əlaqədar saat 13:30-da Balakənçaydan, saat 14:30-da isə Talaçaydan sel keçib.
Aprelin 13-ü saat 12:14-13:03 radələrində Əlibəy (Zaqatala) ərazisində leysan yağış ilə bərabər diametri 5 mm, saat 14:10-14:20 radələrində Yevlaxda diametri 3 mm, saat 11:55-də Zaqatala şəhərinin şimal hissəsinə, saat 13:15 radələrində isə Qax rayonu Güllük kəndi ərazisinə, saat 13:28-də Şəki rayonuna xırda dolu düşüb.
Teqlər:
"Bəzi rayonlarda şimşək çaxıb arabir yağış yağıb - Faktiki hava"