Menyu

Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Nərmin Qocamanlı
Ötən gün yol qəzalarında 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Aprelin 13-də ölkə ərazisində qeydə alınan 77, əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 82, o cümlədən borclu şəxs qismində axtarışda olan 68 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.    

Narkotiklərlə əlaqəli 34, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.

Teqlər:

"Ötən gün yol qəzalarında 1 nəfər ölüb 2 nəfər xəsarət alıb"

Əlaqəli Xəbərlər