Menyu

Mövsümi xəstəliklərdən necə qorunmalı? – Həkim məsləhəti

Ayşən Sadıxzadə
Mövsümi xəstəliklərdən necə qorunmalı? – Həkim məsləhəti

Əslində mövsüm və iqlim dəyişiklikləri zamanı havanın bir sıra parametrləri dəyişir. Temperatur, rütubət, atmosfer şəraiti və digər amillərdə baş verən dəyişikliklər orqanizmə təsirsiz ötüşmür.

Bu sözləri Operativ Media-ya professor Adil Qeybulla deyib.

O bildirib ki, təsadüfi deyil ki, yaz aylarında bəzi xəstəliklərin, payız-qış mövsümündə isə başqa xəstəliklərin kəskinləşməsi müşahidə olunur. Xüsusilə havaların soyuması ilə tənəffüs yollarının virus infeksiyalarına daha çox rast gəlinir:

“Burada bir məqamı da qeyd etmək lazımdır: mövsüm dəyişiklikləri zamanı insanlarda müşahidə olunan hər bir narahatlığı birbaşa “immunitetin düşməsi” ilə əlaqələndirmək düzgün deyil. Bu, orqanizmin temperatur və digər ətraf mühit dəyişikliklərinə verdiyi cavab, eləcə də həmin dövrdə respirator viruslarla təmasın artması ilə bağlı ola bilər.

İmmunitetin normal fəaliyyəti isə ilk növbədə sağlam həyat tərzi ilə əlaqəlidir. Sağlam və balanslı qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik və açıq havada müntəzəm gəzinti immun sisteminin normal fəaliyyətini dəstəkləyən əsas amillərdəndir. Təəssüf ki, müasir həyat tərzində fiziki aktivliyin azalması, qeyri-balanslı qidalanma və xroniki stress geniş yayılıb. Bütün bunlar orqanizmin ümumi vəziyyətinə mənfi təsir göstərə bilər.

İnsanların il ərzində tez-tez burun axması, boğaz ağrısı və digər respirator infeksiyalarla qarşılaşması da müxtəlif səbəblərlə bağlı ola bilər. Burada yalnız immuniteti deyil, yuxu rejimini, qidalanmanı, stressi, həyat tərzini və infeksiyalara məruz qalma tezliyini də nəzərə almaq lazımdır.

Digər tərəfdən, orqanizmdə latent vəziyyətdə qala bilən bəzi viruslar, o cümlədən herpes virusları, Epstein-Barr virusu və sitomeqalovirus müəyyən hallarda, xüsusilə immun sistemi ciddi şəkildə zəifləmiş insanlarda yenidən aktivləşə və müxtəlif sağlamlıq problemlərinə səbəb ola bilər. Bununla belə, bu virusların mövcudluğunu avtomatik olaraq onkoloji xəstəliyin inkişafı ilə əlaqələndirmək düzgün deyil. Xərçəngin yaranması çoxsaylı amillərin qarşılıqlı təsiri ilə bağlı mürəkkəb prosesdir.

Ona görə də mövsüm dəyişikliklərində orqanizmin sağlamlığını qorumaq üçün xüsusi “immunitet artırıcı” vasitələr axtarmaqdansa, sağlam həyat tərzinə üstünlük vermək daha doğrudur. Balanslı qidalanmaq, həddindən artıq qida qəbulundan çəkinmək, müntəzəm fiziki aktiv olmaq, açıq havada gəzmək, kifayət qədər yatmaq və stressi mümkün qədər azaltmaq vacibdir. Eyni zamanda, xüsusilə risk qruplarında olan şəxslər D vitamini səviyyəsi ilə bağlı həkim məsləhətinə uyğun hərəkət etməlidirlər”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər