Menyu

Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Bakıda avtomobildən oğurluq edən şəxs saxlanılıb
1 dəq oxu

Aprelin 13-nə keçən gecə Xətai rayonunun S.Vəzirov küçəsində “Toyota” markalı bir avtomobildən 920 manat pulun oğurlanması barədə polisə məlumat daxil olub.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Xətai RPİ 37-ci Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini Ülvi Əzimov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər