Menyu

Panik atak anında nə etməli? - Psixoloq danışır

Ayşən Sadıxzadə
Panik atak anında nə etməli? - Psixoloq danışır

Panik atak real təhlükə olmadığı halda qəfil başlayan, çox güclü qorxu və həyəcan tutmasıdır. İnsan həmin anda öləcəyini, infarkt keçirəcəyini, huşunu və ya özünə nəzarəti itirəcəyini düşünə bilər.

Bu sözləri Operativ Media-ya psixoloq Fatimə Bayramova deyib.

O bildirib ki, müasir dövrümüzdə panik atak hallarına daha çox rast gəlinir:

“Səbəb stressin, gərginliyin çoxalması, insanların bu stress və gərginliyi idarə etməkdə çəyinliyidir. Əlbəttə, digər səbəblər də var, itki, həddən artıq içki, kofein,bəzi dərmanların istifadəsi və ya qəfil dayandırılması, qalxanabənzər vəz, ürək ritmi, qan şəkəri və tənəffüs problemləri kimi fiziki vəziyyətlər və s. Səbəb ola bilər. Amma daha çox stress və onun yaratdığı yuxusuzluq, yorğunluq. Psixoloji travmalardan da qaynaqlana bilər. Uzun müddət demək istəyib, amma özünü və emosiyalarını daim basdıran şəxslər buna misaldır.

Panik atak son dövrlər populyar termin olsa da, insanlar onu digər (fobiya, təşviş pozuntusu və s.) səhf salırlar. Əsas əlamətləri: ürəyin sürətlə döyünməsi, nəfəs çatışmazlığı və boğulma hissi, sinədə sıxılma və ya ağrı, keyimə, ölüm qorxusu.

Panik atak zamanı bəzi önləmələr var ki, bunlardan istifadə edə biıərsiniz. Burada əsas məsqəd fikri bədəndən yayındırmaqdır. Nəfəs məşqlərini etməyi öyrənin, düzgün nəfəs alın, bir əlinizi sinənizə digərini göbəyinizin üstünə qoyun. Nəfəs alıb verərkən sinənizin üstünə qoyduğunuz əl yox, qarnınızın üzərindəki əlinizin tərpənməsinə fikir verin. Düşüncə olaraq bu halın keçəcəyini və güvəndə olduğunuzu özünüzü xatırladın. Tanınmış üsuldan da istifadə edə bilərsiniz: gördüyünüz 5, toxunduğunuz 4, eşitdiyiniz 3, qoxusunu hiss etdiyiniz 2 və dadını duyduğunuz 1 şeyi müəyyən edin. Və ya, ətrafda insanlar varsa, 5 qadın, 5 kişi, 5 əşya və s. Özünüzə hansı metod rahatdırsa, sınanılıb və hazırki vəziyyəti yüngünlləşdirirsə psixoloqunuzla məsləhətləşib o üsul ilə davam edin. Müraciət etməlisiniz ilk öncə mütləq həkimə - psixiatra, daha sonra həkimlə birgə psixoloqa. Həm KDT (koqnitiv davranış terapiyası), həm də EMDR seanslarda effektiv olur”.


Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər