Menyu

Dönər hazırlanmasında yeni sanitariya və gigiyena normativləri müəyyənləşib

Xəbərlər redaksiyası
Dönər hazırlanmasında yeni sanitariya və gigiyena normativləri müəyyənləşib

Azərbaycanda dönərin hazırlanması və satışında istehlakçıların qida təhlükəsizliyinin qorunmasına yönələn bir sıra tələblər müəyyən edilib və dönərin termiki emalı, saxlanması və istehlakçıya təqdim olunması konkret şərtlərə bağlanıb.

Operativ Media xəbər verir ki, hazır dönərin istehlakçıya satışı zamanı onun temperaturu 65 dərəcədən aşağı olmamalıdır.

Həmçinin bişmiş dönər hazırlandığı andan etibarən ən çoxu 1 saat ərzində istehlak edilməlidir.

Bişmiş dönər istehlakçıya qida təhlükəsizliyi tələblərinə cavab verən paket və ya qablarda təqdim edilməlidir.

Dönərin hazırlanması üçün istifadə olunan çiy dönər müəyyən edilmiş tələblərə uyğun şəraitdə emal edilməli, saxlanmalı və termiki emal və satış yerinə daşınmalıdır. Dönərin termiki emalı və dövriyyəsi zamanı qida məhsulları üzrə gigiyena tələblərinə də əməl edilməlidir.

Çiy dönərin termiki emalı zamanı təhlükəsizlik tədbirlərinə tam riayət edilməklə elektrik avadanlığından, təbii qazdan və ya hazır ağac kömüründən istifadə edilməlidir.

Bişmiş dönərə əlavə edilən mayonez, ketçup və digər souslar isə 4 dərəcə temperaturda soyuq rejimdə saxlanılmalıdır.

Dönər istehlakçıya təqdim edilərkən çarpaz çirklənmənin qarşısının alınması üçün dönəri hazırlayan və ya satışa təqdim edən işçilərin digər əşyalara toxunmasına yol verilmir. Bu qadağa pul, ödəniş kartı, kassa aparatı və POS-terminal kimi əşyalara da aiddir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər