14 Aprel 2023, 17:21
AQTA Goranboy bazarında nöqsanlar aşkarlayıb
AQTA Goranboy bazarında nöqsanlar aşkarlayıb şəkil
AQTA Goranboy bazarında nöqsanlar aşkarlayıb

Goranboy mərkəzi ticarət bazarında nöqsanlar aşkarlanıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumat verilib.

Bildirilib ki, Agentlik əməkdaşları tərəfindən Goranboy rayonu, Goranboy şəhəri, A.Mustafayev küçəsi 5 ünvanında fəaliyyət göstərən, Əliyev Fuad Məmməd oğluna məxsus mərkəzi ticarət bazarında keçirilmiş planlı yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmadığı, gigiyena qaydalarına ciddi riayət olunmadığı, işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və xüsusi geyimlə təmin edilmədiyi aşkarlanıb.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Son xəbərlər
Netanyahu: Bir gün İran azad olacaq
"Qalatasaray" "Malmö" ilə heç-heçə etdi
Quterreş İsraili Suriyaya hücumları dayandırmağa çağırıb
Ərdoğan Blinkenlə görüşüb
Türkiyə və Ermənistan nümayəndələri görüş keçirib
"Qarabağ" - "Elfsborq" matçının start heyətləri açıqlandı
Blinken Ankaraya səfər edib - FOTO
Bakıda 3 gün kitab festivalı keçiriləcək