Menyu

Sahibə Qafarova BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Operativ Media
Sahibə Qafarova BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Milli Məclisin sədri Sahibə Qafarova ABŞ-yə işgüzar səfəri çərçivəsində Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti Xəlilur Rəhmanla görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Milli Məclisin sədri qarşı tərəfi bu vəzifədə fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona uğurlar arzulayıb.

Görüşdə Azərbaycan-BMT münasibətlərinə nəzər salınıb, Azərbaycanın BMT-nin işinə verdiyi töhfələr, gördüyü işlər barədə danışılıb, bu sahədə Azərbaycan parlamentinin və onun həyata keçirdiyi parlament diplomatiyasının çoxtərəfliliyin inkişafındakı rolu vurğulanıb.Spiker Sahibə Qafarova Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidentinə məlumat verib.

Söhbət zamanı tərəflər BMT-nin Parlamentlərarası İttifaqla (PAİ) əlaqələrinin inkişafı haqqında fikirlərini bölüşüblər. Görüşdə digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər