Menyu

Hikmət Hacıyev: Diplomatik korpusun nümayəndələri ilə Şuşa və Xankəndiyə səfər edirik

Operativ Media
Hikmət Hacıyev: Diplomatik korpusun nümayəndələri ilə Şuşa və Xankəndiyə səfər edirik
1 dəq oxu

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə birlikdə Şuşa və Xankəndiyə səfər edib.

Operativ Media xəbər verir ki, Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

O bildirib ki, səfərin ilk günündə diplomatik korpusun nümayəndələri ilə Şuşa və Xankəndidə olublar.

“İndi Ağdərə və Kəlbəcərə doğru səfər edirik”, – deyə Hikmət Hacıyev qeyd edib.

Paylaşımda səfər zamanı çəkilmiş video da yayımlanıb.

Əlaqəli Xəbərlər