Menyu

Ukrayna səfiri: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik

Operativ Media
Ukrayna səfiri: Azərbaycanla əməkdaşlığın genişləndirilməsini müzakirə etdik
1 dəq oxu

Ukraynanın Azərbaycandakı səfiri Qarabağa səfəri çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Operativ Media xəbər verir ki, səfir bu barədə “X” hesabında paylaşım edib.

O bildirib ki, Hikmət Hacıyevlə məhsuldar görüş keçirilib.

“Ukrayna-Azərbaycan əməkdaşlığının genişləndirilməsi və koordinasiyanın gücləndirilməsi məsələlərini müzakirə etdik”, - deyə səfir qeyd edib.

Diplomat Ukraynaya göstərdiyi davamlı dəstəyə və həmrəyliyə görə Azərbaycana minnətdarlığını bildirib. 

Əlaqəli Xəbərlər