Menyu

Xaricdən onlayn xidmət göstərən şirkətlər üçün vergi qaydaları dəyişib

Operativ Media
Xaricdən onlayn xidmət göstərən şirkətlər üçün vergi qaydaları dəyişib
1 dəq oxu

Nazirlər Kabineti Azərbaycanda qeydiyyatda olmayan xarici onlayn şirkətlərin vergi uçotuna alınması ilə bağlı qaydalarda dəyişiklik edib.

Operativ Media xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanda vergi uçotunda olmayan şəxslərə onlayn xidmət göstərən xarici şirkətlərin illik dövriyyəsi 10 000 ABŞ dollarını keçərsə, həmin şirkət 30 gün ərzində elektron vergi uçotuna durmalıdır.

Dövriyyəsi bu məbləğdən az olanlar üçün qeydiyyat könüllüdür.

Əlaqəli Xəbərlər