Menyu

12 yaşlı azərbaycanlı futbolçu "Vilyarreal" akademiyasına seçilib

Operativ Media
12 yaşlı azərbaycanlı futbolçu "Vilyarreal" akademiyasına seçilib
1 dəq oxu

12 yaşlı azərbaycanlı futbolçu Əli Hüseynli İspaniyanın “Vilyarreal” klubunun akademiyasına seçilib.

Operativ Media xəbər verir ki, bu haqda İspaniya klubunun akademiyasının rəsmi hesabı məlumat yayıb

Yarımmüdafiəçi mövqeyində çıxış edən Əli Hüseynli “Villarreal”ın U-13 komandasında forma geyinəcək. O, İspaniya klubuna mart ayında,13 yaşı tamam olduqdan sonra qoşulacaq.

Hazırda “Sabah”ın U-14 komandasında çıxış edən Əli Hüseynli 2021-ci ildə Türkiyənin “Altınordu” klubunun akademiyasında da futbolun sirlərini öyrənib.


Əlaqəli Xəbərlər