Menyu

"Formula 2" Azərbaycan Qran-prisində yeni formatda keçiriləcək

Əziz Əzizli
"Formula 2" Azərbaycan Qran-prisində yeni formatda keçiriləcək

"Formula 2"nin Azərbaycan Qran-prisi mərhələsində mövsümün ən genişləndirilmiş həftəsonu formatı tətbiq olunacaq.

Operativ Media xəbər verir ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisinin 27 sentyabrda qeyd ediləcək Anım Günü ilə üst-üstə düşməməsi üçün yarışın əsas mərhələsi bazar günündən şənbə gününə keçirilib və həftəsonunun proqramı bir gün önə çəkilib.

Bu dəyişiklik "Formula 2"nin mövsümdəki 12-ci mərhələsinə də şamil ediləcək. Beləliklə, F2 tarixində bu mövsüm ərzində ilk dəfə bir həftəsonunda iki əsas yarış keçiriləcək.

Azərbaycan Qran-prisinin yeganə dəstək seriyası olan "Formula 2"də cümə axşamı səhər 45 dəqiqəlik sərbəst yürüş baş tutacaq. Həmin gün günortadan sonra isə ardıcıl olaraq iki 20 dəqiqəlik sıralanma seansı keçiriləcək.

Cümə günü sprint və ilk əsas yarış təşkil olunacaq. İkinci əsas yarış isə şənbə günü səhər, "Formula 1" yarışından əvvəl keçiriləcək.

Çempionatın lideri Nikola Tsolov Bakıya Rafael Kamara üzərində 7 xallıq üstünlüklə gələcək. Qabriele Mini isə Kameradan 17 xal geridə üçüncü pillədə qərarlaşıb.

Hər iki əsas yarışda qələbəyə 25 xal verilməsi, həmçinin ən sürətli dövrə və iki sıralanma seansındakı poul mövqeyinə görə xalların hesablanması çempionatdakı mübarizəni daha da əhəmiyyətli edə bilər.

FIA "Formula 2"nin baş direktoru Bruno Mişel bildirib ki, Azərbaycan Qran-prisi "Formula 2"nin yeganə dəstək yarışı olduğundan təşkilatçılarla birlikdə genişləndirilmiş proqramın tətbiqinə qərar verilib.

Onun sözlərinə görə, sərbəst yürüş, iki sıralanma, sprint və iki əsas yarışdan ibarət format əlavə sessiyaların keçirilməsinə imkan verən yeganə həftəsonudur.

Mişel həmçinin qeyd edib ki, mövsümün Qətər və Abu-Dabidə keçiriləcək son iki mərhələsində standart formata qayıdılacaq. Bu yarışlarda bir sıralanma, bir sprint və bir əsas yarış nəzərdə tutulur.

Bununla belə, Qətər və Abu-Dabidəki mərhələlərin keçirilib-keçirilməyəcəyi ilə bağlı hələ də ciddi qeyri-müəyyənlik qalır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər