http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış mərasimi keçirilib

15 Aprel 2023 , 18:45
Əlahiddə Ümumqoşun Orduda növbəti buraxılış mərasimi keçirilib

Əlahiddə Ümumqoşun Orduda növbəti zabit təkmilləşdirmə, gizir, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu və qadın hərbi qulluqçu kurslarının uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

"Operativ Media" xəbər verir ki, buraxılış mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Əlahiddə Ümumqoşun Ordu Komandanı, general-polkovnik Kərəm Mustafeyin təbrikini şəxsi heyətə çatdıran general-mayor Məhəmməd Həsənov bildirib ki, ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev daim Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyi məsələsini diqqət mərkəzində saxlayır. Göstərilən diqqət və qayğının nəticəsində muxtar respublikanın müdafiəsində uğurla dayanan Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazası hər keçən gün daha da gücləndirilir, silah arsenalı ən müasir silahlarla yenilənir. General-mayor Məhəmməd Həsənov kursları uğurla başa vuran məzunların onlara etibar olunacaq hər bir vəzifənin məsuliyyətini dərindən dərk edəcəklərinə, bundan sonra da hərbi bilik və bacarıqlarını artıraraq Əlahiddə Ümumqoşun Ordunun silahlanmasına yeni qəbul olunmuş müasir silah, texnika və qurğuları peşəkarlıqla idarə edəcəklərinə inandığını bildirib. Məzunlar adından çıxış edən mayor Bəhruz Ziyadov və gizir Taleh Həsənov kurs zamanı öyrəndikləri yeni hərbi bilikləri Əlahiddə Ümumqoşun Ordunun hissə və bölmələrində xidmət edərkən, şəxsi heyətin peşəkarlığının artılmasına sərf edəcəklərinə söz verib. Çıxışların ardından məzunlara sertifikat və hədiyyələr təqdim edilib. Kurs birinciləri xatirə lövhələrinə buraxılış emblemlərini vurduqdan sonra tribuna önündən təntənəli keçid olub. Sonda xatirə şəkli çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB

Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB

Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 21:00

    Yaşar Gülər Azərbaycan müdafiə nazirinin müavini ilə görüşüb - YENİLƏNİB

  • 20:55

    I Liqa: "Qəbələ" 5 qolla qazandı
  • 20:48

    Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

  • 20:06

    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
    Xankəndi şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının təmirdən sonra açılışı olub - YENİLƏNİB
  • 20:04

    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
    Prezident İlham Əliyev Xankəndi Dövlət Dram Teatrının binasında görüləcək işlərlə tanış olub - YENİLƏNİB
  • 20:01

    Hizbullah lideri: Livanın cənubunda təhlükəsizlik zonasının yaradılması İsrail üçün tələ olacaq
  • 19:59

    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
    Xankəndidə Nizami Gəncəvi adına 4 nömrəli tam orta məktəb təmirdən sonra istifadəyə verilib - YENİLƏNİB
  • 19:53

    Birinci vitse-prezident bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib

Menyu