Menyu

Qabriel Jezus: “Qızıl top” Lamin Yamala çatmalıdır

Operativ Media
Qabriel Jezus: “Qızıl top” Lamin Yamala çatmalıdır

“Barselona”nın hücumçusu Qabriel Jezus 2026-cı ilin “Qızıl top” mükafatına komanda yoldaşı Lamin Yamalın layiq olduğunu düşünür.

Operativ Media xəbər verir ki, 29 yaşlı braziliyalı futbolçu sentyabrın 1-də “Arsenal”dan Kataloniya klubuna keçib.

Jezus bildirib ki, müxtəlif böyük futbolçularla məşq etmək imkanı olub və Yamal da onun fikrincə, bu səviyyədə oyunçulardan biridir. O, 19 yaşlı vingerin meydandakı hərəkətlərinin olduqca asan göründüyünü qeyd edib. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb.

Qeyd edək ki, Jezus sentyabrın 9-da UEFA Çempionlar Liqasının liqa mərhələsinin ilk turunda “Feyenoord”la oyunda (5:1) “Barselona”nın heyətində debüt qolunu vurub. Yamal isə həmin qarşılaşmada bir qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.

“Qızıl top” mükafatının təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək. Hazırkı qalib “PSJ” və Fransa millisinin hücumçusu Usman Dembeledir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər