Fariz İsmayılzadə: Yeni geosiyasi proseslər həm risklər, həm də imkanlar yaradır
Dünyada baş verən geosiyasi proseslər, sərhədlərin dəyişməsi və yeni təhlükəsizlik arxitekturasının formalaşması ciddi narahatlıq doğurur.
Operativ Media xəbər verir ki, bunu “Türk Dünyasının Dialoqları: Ortaq Gələcək, Ortaq Vizyon” adlı paneldə Milli Məclisin deputatı və ADA Universitetinin prorektoru Fariz İsmayılzadə deyib.
Onun sözlərinə görə, dünyada yaranan yeni geosiyasi mənzərənin necə formalaşacağı və hansı təhlükəsizlik arxitekturasının meydana çıxacağı hələ tam aydın deyil.
Fariz İsmayılzadə qeyd edib ki, Türkiyə-Azərbaycan münasibətlərini və Şuşa Bəyannaməsini nəzərə aldıqda, Azərbaycanın təhlükəsizliyi Türkiyənin təhlükəsizliyi ilə sıx bağlıdır.
“Türkiyə üçün də yeni risklər, yeni narahatlıq doğuran məqamlar çıxır. Amma yeni imkanlar da açılır”, – deyə o bildirib.
Deputat son dövrlərdə Yaxın Şərqdə yeni müttəfiqlik və alyansların formalaşdığını, bunun isə Türkiyə üçün yeni imkanlar yaratdığını vurğulayıb.
O, həmçinin Hörmüz boğazında baş verən proseslərin enerji marşrutlarına təsir etdiyini və bəzi ərəb ölkələrinin neft kəmərlərini Türkiyə üzərindən keçirmək niyyətinin Ankara üçün yeni imkanlar yarada biləcəyini qeyd edib.
dəqiqələr içində saytın olsun.