Menyu

Azərbaycandan 9 ayda 85,3 milyon dollarlıq neft koksu ixrac edilib

Operativ Media
Azərbaycandan 9 ayda 85,3 milyon dollarlıq neft koksu ixrac edilib
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında ölkədən 85,3 milyon ABŞ dolları dəyərində 212,9 min tondan çox neft koksu ixrac edilib.

Operativ Media Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 1,9 dəfə, həcmi isə 43,8 faiz artıb.

Cari ilin ilk 9 ayında neft koksunun ümumi ixracda xüsusi çəkisi 0,36 faizə bərabər olub.

Əlaqəli Xəbərlər