Menyu

Azərbaycan və Özbəkistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə edilib

Operativ Media
Azərbaycan və Özbəkistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə edilib
1 dəq oxu

Azərbaycanın Özbəkistandakı səfiri Rəşad Məmmədov bu ölkənin ədliyyə naziri Akbar Taşqulov ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə diplomat sosial media hesabında paylaşım edib.

“Görüşdə Azərbaycan və Özbəkistan arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin gündəliyində duran məsələlər, habelə ədliyyə sahəsində əlaqələrin inkişafı barədə ətraflı söhbət etdik.

Söhbət zamanı iki ölkənin müvafiq qurumları arasında təmasların genişləndirilməsi və hüquq sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikir mübadiləsi apardıq”, – səfir qeyd edib.

Əlaqəli Xəbərlər