Menyu

2028-ci il Çempionlar Liqası finalının məkanı müəyyənləşib

Operativ Media
2028-ci il Çempionlar Liqası finalının məkanı müəyyənləşib

2027/28 mövsümündə UEFA Çempionlar Liqasının final oyunu Almaniyanın Münhen şəhərindəki “Alyans Arena”da keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə qərar Yunanıstanın Saloniki şəhərində keçirilən UEFA İcraiyyə Komitəsinin iclasında qəbul olunub. Final qarşılaşması 27 may 2028-ci il tarixinə planlaşdırılıb.

“Alyans Arena” tarixində üçüncü dəfə Çempionlar Liqasının finalına ev sahibliyi edəcək. Stadionda daha əvvəl 2012-ci ildə “Çelsi” – “Bavariya” (1:1, penaltilər – 4:3) və 2025-ci ildə PSJ – “İnter” (5:0) finalları keçirilib.

2028/29 mövsümünün Çempionlar Liqası finalı isə İspaniyanın Barselona şəhərindəki “Kamp Nou” stadionunda oynanılacaq. Həmin qarşılaşmanın 2 iyun 2029-cu ildə keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Çempionlar Liqasının son qalibi 2026-cı ilin mayında finalda “Arsenal”ı 1:1 hesablı heç-heçədən sonra penaltilər seriyasında 4:3 məğlub edən PSJ-dir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər