Menyu

“Liverpul” 19 yaşlı macar futbolçunu geri qaytarıb

Operativ Media
“Liverpul” 19 yaşlı macar futbolçunu geri qaytarıb

“Liverpul” 19 yaşlı macar yarımmüdafiəçi Patrik Farkaşın kluba qayıtdığını açıqlayıb.

Operativ Media xəbər verir ki, futbolçu dörd il çıxış etdiyi “Blekbern”dən ayrılaraq “Liverpul” akademiyasına qoşulub. Farkaş bundan əvvəl də qısa müddət Mersisayd klubunun gənclər strukturunda yer alıb.

Macar futbolçu bazar ertəsi ilk dəfə U-21 komandasının heyətinə daxil edilib. O, gənclər çempionatında “Vest Hem”ə qarşı keçirilən matçın iştirak ərizəsində yer alıb.

Farkaş “Liverpul”la müqavilə imzalamağını karyerasında arzunun gerçəkləşməsi kimi qiymətləndirib.

“Klubla müqavilə imzalamaq arzumun gerçəkləşməsidir. Çox xoşbəxtəm və mümkün qədər tez işə başlamaq istəyirəm. Mən texnikalı, meydanın hər iki cərgəsində fəaliyyət göstərə bilən, bir neçə mövqedə oynayan və qol imkanları yaratmağa çalışan futbolçuyam”, – deyə o bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər