Menyu

Kallas: Putin və ya Lavrov zəng etsə danışacam

Operativ Media
Kallas: Putin və ya Lavrov zəng etsə danışacam
1 dəq oxu

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovla telefon danışığı aparmağa hazır olduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, Kallas Finlandiyanın “Yle” teleradio şirkətinə müsahibəsində müvafiq suala cavab olaraq “Əlbəttə, belə bir imkan yaranarsa, danışacağam”, – deyə bildirib.

Kallas Lavrovla daha əvvəl ASEAN və G20 çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə görüşdüyünü söyləyib. 

O, həmin görüşlər zamanı Avropa İttifaqının mövqeyini Lavrova birbaşa çatdırdığını qeyd edib.

Aİ-nin ali nümayəndəsi həmçinin qurumun Ukraynaya dəstək verdiyi üçün Rusiya ilə Ukrayna arasında hazırda tamhüquqlu vasitəçi rolunu oynaya bilməyəcəyini bildirib.

Əlaqəli Xəbərlər