Menyu

Azərbaycan neftinin büdcə qiyməti 65 dollar olacaq

Operativ Media
Azərbaycan neftinin büdcə qiyməti 65 dollar olacaq

Azərbaycanın 2027-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən "Azeri Light" markalı neftin 1 barelinin qiyməti 65 ABŞ dolları götürülüb.

Operativ Media bu barədə Maliyyə Nazirliyinin açıqladığı "2027-ciilin dövlət vəicmal büdcələrinin ilkin göstəricilərinədair Açıqlama” sənədində bildirilib.

Bu, 2026-cı illə müqayisədə eynidir.

"2027-ci ildə xam neftin bir barelinin orta illik satış qiyməti 65 ABŞ dolları səviyyəsində götürülməklə dövlət büdcəsinin gəlirləri ÜDM-in 27,8 faizi həcmində yəni 39 milyard 234,0 milyon manat nəzərdə tutulur ki, bunun da 39,5 faizi və ya 15 milyard 480,0 milyon manatı neft-qaz sektorunun, 60,5 faizi vəya 23 milyard 754,0 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşür", - məlumatda qeyd edilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər