Menyu

Azərbaycanda orta aylıq əməkhaqqı 1 551 manata çatacaq

Operativ Media
Azərbaycanda orta aylıq əməkhaqqı 1 551 manata çatacaq
1 dəq oxu

Azərbaycanda orta aylıq əməkhaqqının 2030-cu ildə 1 551,5 manata yüksələcəyi proqnozlaşdırılır.

Operativ Media xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında qeyd olunub.

Proqnozlara əsasən, orta aylıq əməkhaqqı 2027-ci ildə 1 288,3 manat, 2028-ci ildə 1 369,2 manat, 2029-cu ildə isə 1 466,9 manat təşkil edəcək.

Beləliklə, 2026-cı ildən 2030-cu ilədək Azərbaycanda orta aylıq nominal əməkhaqqının 20,4 faiz artacağı gözlənilir.

Qeyd edək ki, 2026-cı il avqustun 1-nə ölkədə orta aylıq nominal əməkhaqqı 1 176,7 manat olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz çoxdur.

Əlaqəli Xəbərlər