ABŞ Konqresi Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
ABŞ Konqresinin Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini qəbul edib.
Operativ Media xəbər verir ki, sənəd sentyabrın 16-da keçirilən səsvermədə 262 deputatın dəstəyi ilə qəbul olunub. 159 qanunverici isə layihənin əleyhinə səs verib.
Qanun layihəsi bundan əvvəl avqustun 7-də respublikaçıların nəzarətində olan Senat tərəfindən təsdiqlənib. Bununla da sənəd Konqresin hər iki palatasından keçib və imzalanması üçün ABŞ Prezidenti Donald Trampa təqdim ediləcək.
Sənədin əsas müəllifi iyulun 11-də vəfat etmiş ABŞ senatoru Lindsi Qrehem olub. O, Rusiyada terrorçular və ekstremistlər siyahısına daxil edilib.
Qanun layihəsində Rusiyanın siyasi və hərbi rəhbərliyinin yüksək vəzifəli şəxslərinə, dövlət şirkətlərinə, həmçinin Rusiya ilə ticarət əlaqələri saxlayan ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi nəzərdə tutulur.
Sənədə əsasən, Rusiya nefti və qazının əsas alıcıları olan ölkələrə qarşı 100 faizədək gömrük rüsumlarının tətbiq edilməsi mümkündür.
Bundan əlavə, sənəddə İrana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı tədbirlər də yer alıb.
dəqiqələr içində saytın olsun.