Menyu

Məktəblərdə şagirdlərə psixoloji pasportlar verilə bilər

Redaksiya 567 baxış
Məktəblərdə şagirdlərə psixoloji pasportlar verilə bilər

Son illər məktəblərdə şagirdlərin davranış qaydaları, onların qeyri-etik hərəkətləri, müəllim-şagird münasibətləri barədə sosial şəbəkələrdə müzakirələrə səbəb olan bir çox görüntülər yayılıb.

"Operativ Media" xəbər verir ki, təhsil üzrə ekspert Kamran Əsədov bu cür hadisələrin qarşısını almaq üçün orta məktəb şagirdlərinin psixoloji pasportlarının  hazırlanması istiqamətində işlər aparıldığını bildirib.

Onun sözlərinə görə bu pasport şagirdlərin öncədən davranışlarını proqnozlaşdırmağa imkan verəcək.

Ekspert onu da "Xəzər TV"yə onu da bildirib ki, psixoloji dəstək xidmətlərinin mövcudluğu şagirdlərin müxtəlif problemlərinin həlli yollarını tapmağa imkan yaradacaq. Lakin  ölkəmizdə bu sahədə mütəxəssis çatızmazlığı, bu işin vaxtında və səmərəli başa çatdırılmasına öz mənfi təsirini göstərəcək.

Psixoloji pasport vasitəsilə artıq intihara, eləcə də konfliktə meyilli  uşaqları öncədən müəyyənləşdirmək mümkün olacaq.

Psixoloq İbrahim İbrahimovun sözlərinə görə, psixoloji pasportun hazırlanması  həm də uşağın gələcək iş və ixtisas seçimində mühüm rol oynayacaq.

“Psixoloji pasportlarda qeyd olunan məlumatlar gizli saxlanacaq”

Həmçinin bu pasportlar şagirdlərin gələcək karyeralarına da təsirsiz ötüşməyəcək.

Teqlər:

"Məktəblərdə şagirdlərə psixoloji pasportlar verilə bilər"

Əlaqəli Xəbərlər