Dövlət Departamenti ABŞ vətəndaşlarına xəbərdarlıq edib
Operativ Media
ABŞ Dövlət Departamenti vətəndaşları Yaxın Şərqdəki vəziyyətlə əlaqədar olaraq ehtiyatlı olmağa çağırıb.
Operativ Media xəbər verir ki, ABŞ Dövlət Departamentinin açıqlamasında deyilir: "Hazırda Yaxın Şərqdə olan amerikalılar xüsusi sayıqlıq göstərməli və uçuşların ləğvi, hava məkanının bağlanması və səyahətlərin pozulması riskindən xəbərdar olmalıdırlar".
Açıqlamada Səudiyyə Ərəbistanına qarşı müharibə aparan husilərin təhdidi xüsusi qeyd edilib.
"Əl-Cəzirə"nin məlumatına görə, xəbərdarlıq İraq, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, İran, Qətər, Livan, Küveyt və İordaniyaya aiddir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net