Sumqayıtda marşrutda oğurluq edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Sumqayıtda marşrut avtobusunda bir sərnişinin çantasından pul və mobil telefon oğurlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində aprelin 14-də şəhər ərazisində marşrut avtobusunda bir sərnişinin çantasından pul və mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Adil Hüseynov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net