Menyu

Ceyhun Bayramov Dünya İqtisadi Forumunun tədbirində iştirak edib

Operativ Media
Ceyhun Bayramov Dünya İqtisadi Forumunun tədbirində iştirak edib
1 dəq oxu

Xarici işlər naziri Ceyhun Bayramov Dünya İqtisadi Forumunun tədbirində iştirak edib.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dünya İqtisadi Forumunun təşkil etdiyi qeyri-formal görüşdə iştirak edib.

“A Cooperation Agenda in Uncooperative Times” (“Əməkdaşlığın çətin dövrlərdə gündəliyi”) mövzusunda keçirilən naharda müxtəlif ölkələrdən siyasətçilər, biznes nümayəndələri və ekspertlər iştirak ediblər.

Görüşdə dünyada mövcud qlobal təhlükəsizlik çağırışlarının aradan qaldırılması yolları müzakirə olunub və fikir mübadiləsi aparılıb.

Əlaqəli Xəbərlər