Menyu

Kolo Muani barmağından əməliyyat keçirib

Operativ Media
Kolo Muani barmağından əməliyyat keçirib
1 dəq oxu

“Yuventus”un hücumçusu Randal Kolo Muani sağ əlinin barmağındakı sınıq səbəbindən cərrahi əməliyyat olunub.

Operativ Media xəbər verir ki, 27 yaşlı fransalı futbolçu A Seriyasının V turunda “Atalanta”ya qarşı keçirilən və 2:0 hesabı ilə başa çatan matçın ilk hissəsində zədələnib.

Müayinədən sonra futbolçunun sağ əlinin beşinci barmağının proksimal falanqasında sınıq aşkarlanıb. Bu səbəbdən osteosintez əməliyyatı həyata keçirilib.

“Yuventus”un yaydığı məlumata görə, həmin gün keçirilən cərrahi müdaxilə uğurla başa çatıb. Kolo Muani komandanın oyun heyətinə daxil edilə bilər.

Kolo Muani 2026/27 mövsümündə 6 matçda 1 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Yuventus”la müqaviləsi 30 iyun 2031-ci ilədək qüvvədədir.

Əlaqəli Xəbərlər