Menyu

Sərdar Azmun İran milli komandasına qayıdışından danışıb

Operativ Media
Sərdar Azmun İran milli komandasına qayıdışından danışıb

“Şabab Əl-Əhli”nin hücumçusu Sərdar Azmun İran milli komandasına qayıdışından sonra hisslərini bölüşüb.

Operativ Media xəbər verir ki, 31 yaşlı futbolçu sentyabrın 24-də Özbəkistan, sentyabrın 29-da isə Rusiya yığmasına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün İran millisinin heyətinə dəvət alıb. Azmun 2025-ci ildən etibarən milli komandaya çağırılmırdı.

Futbolçu sosial şəbəkə hesabında uzun müddətdən sonra yenidən milli komandada olmağından məmnunluğunu ifadə edib. O, 2014-cü ildən bu yana İran millisində müxtəlif dövrlər yaşadığını, heyətdən kənarda qaldığını və yenidən komandaya qayıtdığını bildirib.

Azmun milli formanı geyinmədiyi dönəmlərdə belə özünü komandadan ayrı hiss etmədiyini qeyd edib. O, milli komandanın toplanışları, oyunları və matçlardan əvvəl İran himninin səslənməsi üçün darıxdığını vurğulayıb.

Futbolçu bildirib ki, uzun illər və çoxsaylı oyunlardan sonra milli komandaya çağırış onun üçün adiləşməyib və son dəvəti ilk çağırışındakı kimi sevinclə qarşılayıb.

Azmun heç kimə qarşı incikliyinin olmadığını və kiməsə nəyisə sübut etmək niyyətində olmadığını da açıqlayıb. O, yenidən İran üçün mübarizə aparmaq imkanından xoşbəxt olduğunu yazıb.

Qeyd edək ki, Azmun 2024-cü ilin yayından BƏƏ-nin “Şabab Əl-Əhli” klubunda çıxış edir. Hücumçu daha əvvəl “Bayer”, “Roma”, “Zenit”, “Rubin” və “Rostov”un formasını geyinib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər