Menyu

“Liverpul” Florian Virtzlə bağlı təklifləri nəzərdən keçirəcək

Operativ Media
“Liverpul” Florian Virtzlə bağlı təklifləri nəzərdən keçirəcək

“Liverpul” yarımmüdafiəçisi Florian Virtzlə bağlı qış transfer pəncərəsində daxil olacaq təklifləri nəzərdən keçirməyə hazırdır.

Operativ Media xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb. Məlumata görə, 23 yaşlı futbolçunun özü Bundesliqaya qayıtmaq və Münhen “Bavariya”sına keçməkdə maraqlıdır.

Bildirilib ki, “Bavariya”nın “Liverpul”la razılığa gələcəyi təqdirdə Virtz üçün rəsmi təklif göndərməsi mümkündür. Almaniya klubu futbolçunun vəziyyətini izləyir.

Virtzin mövsümün ortasında İngiltərə klubundan ayrılması isə hazırda real görünmür. “Liverpul” qışda yarımmüdafiəçisi ilə yolları ayırmaq istəməsə də, daxil olacaq təklifləri nəzərdən keçirə bilər.

Alman futbolçuya “Çelsi”nin də maraq göstərdiyi bildirilib.

Virtz 2025-ci ilin yayından “Liverpul”da çıxış edir. Onun İngiltərə klubu ilə müqaviləsi 2030-cu ilin iyununun sonunadək qüvvədədir.

23 yaşlı yarımmüdafiəçi “Liverpul”un heyətində bütün turnirlərdə 53 oyuna çıxıb, 8 qol vurub və 13 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 100 milyon avro qiymətləndirir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər