Ceyhun Bayramov və Banqladeş XİN rəhbəri viza rejiminin ləğvi ilə bağlı saziş imzalayıb
Operativ Media
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilür Rəhman diplomatik, xidməti və rəsmi pasport sahibləri üçün viza tələbinin aradan qaldırılmasına dair saziş imzalayıblar.
Operativ Media xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Sənəd rəsmi təmasların gücləndirilməsi və Azərbaycan–Banqladeş tərəfdaşlığının genişləndirilməsinə xidmət edəcək.
Görüşdə iki ölkə arasında siyasi dialoqun gücləndirilməsi, ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi, həmçinin təhsil və humanitar əlaqələrin inkişafı müzakirə olunub.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma