Menyu

Tramp: “Ərdoğan mənim çox yaxşı dostumdur”

Operativ Media
Tramp: “Ərdoğan mənim çox yaxşı dostumdur”

"Ərdoğan möhtəşəm insandır, mənim çox yaxşı dostumdur"

Operativ Media xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasında İrana həsr edilmiş toplantıdakı çıxışında deyib.

"Bu masada gözəl dostlarım var. Fövqəladə işlər görülüb, hamınıza çox təşəkkür edirəm. Ərdoğan möhtəşəm insandır, mənim çox yaxşı dostumdur. O, möhkəm insandır. Onunla oyun oynamayın", - Tramp deyib.

ABŞ rəhbəri bildirib ki, Qəzzada sülh planı əla yanaşma olub. O, İranın nüvə silahına sahib olmaq istədiyini iddia edib: "Biz buna icazə verməyəcəyik. İranın heç bir hərbi gücü qalmayıb. Ballistik raket və pilotsuz təyyarə qurğuları məhv edilib. Hava hücumundan müdafiə sistemləri məhv edilib.

Onların iqtisadiyyatı xarabalığa çevrilib, İran valyutası dəyərsizdir. Biz İranı maliyyə cəhətdən təcrid edirik".

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər