Fövqaladə hallar naziri Sumqayıtda vətəndaşları qəbul edəcək
Nərmin Qocamanlı
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən aprelin 20-də Sumqayıt şəhərində, Nazirliyin Sumqayıt Regional Mərkəzinin binasında saat 10:00-dan Sumqayıt şəhəri və Qubadlı rayonu sakinlərinin qəbulu keçiriləcək.
"Operativ Media" xəbər verir ki, bu barədə FHN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, qəbula gələn vətəndaşların qeydiyyatı 19 aprel 2023-cü il tarixdə Sumqayıt Regional Mərkəzinin binasında saat 09.00-da başlayacaq.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə:
tel: +994 (12) 512-01-14
e-mail: [email protected]
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net