Menyu

Azərbaycanda yanvar-mart 138,3 min ton ət istehsal olunub

Nərmin Qocamanlı
Azərbaycanda yanvar-mart 138,3 min ton ət istehsal olunub

Kənd təsərrüfatında cari ilin yanvar-mart aylarında diri çəkidə 138,3 min ton ət, 501,4 min ton süd, 543,5 milyon ədəd yumurta və 94 min ton tərəvəz istehsal olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə ət istehsalı 3 faiz, süd istehsalı 1,7 faiz, yumurta istehsalı 14 faiz, tərəvəz istehsalı 0,1 faiz artıb.

2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,4 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 3,5 faiz, bitkiçilik məhsulları istehsalı 1,3 faiz artıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər