Menyu

DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Nərmin Qocamanlı
DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb

Aprelin 17-də ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 21 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 73, o cümlədən borclu şəxs qismində axtarışda olan 51 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. 

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb.

Teqlər:

"DİN: Cinayət törətməkdə şübhəli bilinən 39 nəfər saxlanılıb"

Əlaqəli Xəbərlər