Ötən gün 6 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının aprelin 17-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5,6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 1,6 kiloqramdan artıq heroin, 3,1 kiloqramdan çox metamfetamin, 790 qram tiryək, 100 qramdan çox marixuana, 115 ədəd yüksək təsiredici xassəyə malik həb aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Teqlər:
"Ötən gün 6 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb"