Menyu

ABŞ Avropa Şurasının korrupsiyaya qarşı mübarizə təşkilatından çıxıb

Şəfa Hüseynli
ABŞ Avropa Şurasının korrupsiyaya qarşı mübarizə təşkilatından çıxıb
1 dəq oxu

Amerika Birləşmiş Ştatları 1999-cu ildə Avropa Şurası (AŞ) tərəfindən yaradılmış Korrupsiyaya Qarşı Dövlətlər Qrupundan (GRECO) çıxıb.

Operativ Media xəbər verir ki, bu barədə "ABC News" ABŞ Dövlət Departamentinin sözçüsünə istinadən məlumat yayıb.

Televiziya kanalının məlumatına görə, ABŞ təşkilatdan çıxması ilə bağlı rəsmi bildiriş göndərib. Avropa Şurası bundan təəssüfləndiyini bildirib və əməkdaşlığın bərpa olunmasına ümid etdiyini qeyd edib.

Avropa Şurasının bəyanatında qeyd olunur ki, "GRECO korrupsiyanın qarşısının alınması üçün birgə səylər kontekstində ABŞ ilə əməkdaşlığı bərpa etməyə açıqdır".

Qeyd edək ki, GRECO-ya həm Avropa Şurasına üzv dövlətlər, həm də üzv olmayan dövlətlər iştirak etmək hüququna malikdirlər. Amerika Birləşmiş Ştatları GRECO-ya 2000-ci ildə qoşulmuşdur.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər