Menyu

"Bavariya" "Fulhem"in qapıçısı Leno ilə maraqlanır

Operativ Media
"Bavariya" "Fulhem"in qapıçısı Leno ilə maraqlanır
1 dəq oxu

“Bavariya” İngiltərənin “Fulhem” klubunda çıxış edən qapıçı Bernd Lenonu heyətinə qatmağı planlaşdırır.

Operativ Media xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb. Məlumata görə, Münhen təmsilçisi 34 yaşlı almaniyalı qapıçını 2027/28 mövsümündə Jonas Urbigin ehtiyat variantı kimi nəzərdən keçirir.

Lenonun “Fulhem”lə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. London klubunun sözləşməni daha bir il uzatmaq hüququ da var. Bununla belə, qapıçının Münhenə qayıtmağa müsbət yanaşdığı bildirilib. Almaniyaya dönüşün onun ailəsinə daha yaxın olmasına imkan verəcəyi qeyd olunub.

Bernd Leno peşəkar karyerasında “Bayer”də çıxış edib. O, əvvəlcə “Ştutqart”dan icarə əsasında Leverkuzen klubuna keçib, daha sonra komandanın əsas qapıçısına çevrilib.

2018-ci ildə “Arsenal”a transfer olunan Leno bu klubda 4 mövsüm keçirib. 2022-ci ildən isə “Fulhem”in formasını geyinir.

Almaniya millisində debütünü 2016-cı ildə edən qapıçı yığmanın heyətində 9 matç keçirib.

Leno 2025/26 mövsümündə bütün turnirlərdə 38 qarşılaşmada 51 qol buraxıb.

“Transfermarkt” futbolçunun transfer dəyərini 6 milyon avro qiymətləndirir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər