http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 7 ° C

“Papanin” və “Kubinka”adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan daha 8 nəfər saxlanılıb

18 Aprel 2023 , 11:40
“Papanin” və “Kubinka”adlanan ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan daha 8 nəfər saxlanılıb

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib.

Tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 8 nəfər  - Elşən Alıyev, İsmayıl Musayev, Firdovsi Məmmədov, Elvin Səfərov, Aqşin Oruczadə, Sunay Bağırov, Cavid Əliyev və Tərlan Xəlilov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 6 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər.

Qeyd edək ki, əməliyyatlar zamanı saxlanılan Elşən Alıyev və İsmayıl Musayevin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Onlar gəncləri sosial şəbəkələrdə şirnikləndirici vədlər müqabilində ələ alaraq paytaxt ərazisində narkokuryerliyə cəlb etmək istəyiblər.


Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib,  əməliyyat-istintaq tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Şəkidə bir ailənin 4 üzvü qazdan zəhərlənib

Şəkidə bir ailənin 4 üzvü qazdan zəhərlənib

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin Milli Günü ilə bağlı rəsmi qəbul keçirilir

Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir

Şuşada İslam dünyasının "Gənclər Paytaxtı"nın bağlanış mərasimi keçirilir

XƏBƏR LENTİ
  • 23:22

    Peskov: Putin və Ərdoğan arasında yeni telefon danışığı hələ planlaşdırılmır
  • 23:14

    Silahlı qruplar Hələbdə Starlink-ə çıxış əldə ediblər
  • 22:53

    Aİ insan haqlarının pozulmasına görə qlobal sanksiyaları bir il müddətinə uzadıb
  • 22:36

    Gürcüstan DİN aksiyada zorakılıq halları barədə məlumat yayıb
  • 22:21

    Quterreş Suriya ilə bağlı çağırış edib
  • 22:06

    Netanyahu: Hizbullah"ın İsraili atəşə tutması atəşkəsin kobud şəkildə pozulmasıdır
  • 21:49

    "Telegram"ın işində problemlər yaranıb
  • 21:31

    Rusiya BMT Təhlükəsizlik Şurasında Ukrayna ilə bağlı iclasa görə ABŞ-ın proqramını bloklayıb
Menyu