Menyu

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Operativ Media
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb
1 dəq oxu

Bakının Nəsimi rayonu ərazisində vətəndaşların etibarından sui-istifadə edilərək pul vəsaitlərinin ələ keçirilməsi faktları qeydə alınıb.

DİN-dən Operativ Media-ya verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən M.Ələkbərzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, M.Ələkbərzadə müxtəlif vətəndaşlara övladlarının xaricdə təhsil almasına, digər təhsil müəssisələrinə transferinə və bu sahədə müxtəlif məsələlərin həllinə köməklik göstərəcəyini vəd edib. O, bu məqsədlə vətəndaşlardan birindən 9000, digərindən isə 3000 manat alaraq verdiyi vədlərə əməl etməyib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər