Menyu

Adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb

Nərmin Qocamanlı
Adam öldürməyə cəhddə şübhəli bilinən şəxs saxlanılıb

Aprelin 18-i saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində 1990-ci il təvəllüdlü Amilə Vəliyevanın xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Xətai Rayon Prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, İlkin araşdırma zamanı 1988-ci il təvəllüdlü Samir Əliyevin şəxsi mübasibətlər zəminində keçmiş arvadı Amilə Vəliyevaya kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Samir Əliyev şübhəli şəxs qismində saxlanılıb.
 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər