Aprelin 18-i Tərtər rayonunun Borsunlu kənd sakini 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində xəsarət alıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 291 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 240 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
***
17:40
Tərtərdə 43 yaşlı kişi minaya düşüb.
Daxili İşlər Nazirliyindən "Operativ Media"ya bildirilib ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində boş ərazidə minaya düşüb. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib.