Menyu

Bakıda məktəbdə kütləvi zəhərlənmə olub - YENİLƏNİB

Nərmin Qocamanlı
Bakıda məktəbdə kütləvi zəhərlənmə olub - YENİLƏNİB

 

Qida Təhlükəsizliyi Agentliyi Bakıda 149 saylı məktəbin 15 şagirdinin naməlum səbəbdən özünü pis hiss etməsi ilə bağlı araşdırma aparır.

"Operativ Media" xəbər verir ki, bu barədə AQTA-dan bildirilib.

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək" - məlumatda qeyd edilib.

***

17:47
 

Bakıda 149 saylı məktəbin şagirdləri arasında kütləvi zəhərlənmə olub.

"Operativ Media" xəbər verir ki, şagirdlər Kliniki Tibbi Mərkəzə aparılıblar.

Məktəbdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 18-də məktəbdə 15 şagird naməlum səbəbdən özlərini narahat hiss edib:

"Məktəb rəhbərliyi tərəfindən dərhal təcili-tibbi yardıma məlumat verilib və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.

Həmçinin məktəb rəhbərliyi digər aidiyyəti dövlət qurumlarına və şagirdlərin valideynlərinə məlumat verib. Müvafiq müayinələrdən və tibbi prosedurlardan sonra şagirdlərin ümumi vəziyyətinin qənaətbəxş olduğu bildirilir".

Teqlər:

"Bakıda məktəbdə kütləvi zəhərlənmə olub - YENİLƏNİB"

Əlaqəli Xəbərlər