Menyu

AFFA turnirdən sonra Hövsandakı meydançalardan necə istifadə edəcək?

Operativ Media
AFFA turnirdən sonra Hövsandakı meydançalardan necə istifadə edəcək?
1 dəq oxu

“Burada bütün stadionlarda eyni şərait yaradılıb. Eyni keyfiyyətli ot örtüyü ilə təmin olunub. Ona görə də meydançalar bir-birindən fərqlənmir.

Operativ Media xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəfin müşaviri Ramazan Səmədov  jurnalistlərə açıqlamasında deyib.

O, Bakıda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı təəssüratlarını bölüşüb:

"İki ay əvvəl burada tamam başqa mənzərənin şahidi olardınız. Bura demək olar ki, səhra idi. FIFA standartlarına uyğun 10 meydança qurulub. Bunlar 66 günə həll edilib. Bütün dövlət qurumları ilk günlərdən bizə dəstək oldular. Azərbaycan futbolu üçün böyük işlər görülüb. U-15 dünya çempionatı bu işlər üçün təkan idi. Uşaq futbolunun inkişafı üçün işlər görmək arzumuz idi. Artıq uşaq futbolunun inkişafı üçün şərait qurulub".

O, meydançalardakı ot örtüyünün ən yüksək standartlara cavab verdiyini bildirib:

“Bu ot örtüyü FİFA-nın təsdiq etdiyi ən yüksək standartlı ot örtüyüdür. Xalq dili ilə desək, bundan yaxşısı yoxdur”.

Ramazan Səmədov turnir başa çatdıqdan sonra meydançaların sonrakı aqibəti barədə də danışıb:

“Yarışlar başa çatdıqdan sonra meydançalar kiməsə təhvil verilməyəcək. Bura AFFA-nın balansında olan yarış kompleksidir. Planımız ondan ibarətdir ki, yarışlardan sonra bu ərazini, xüsusilə milli futbolumuzun inkişafı və əsasən də uşaq futbol komandalarının məşq bazası kimi istifadə edək”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər