Hövsanda 3 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Operativ Media
1 dəq oxu
Bakının Hövsan qəsəbəsinin 8 Noyabr küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bu barədə Operativ Media-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Məhdudiyyət səbəbindən 120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib.
Marşrutların fəaliyyət istiqamətləri bu istiqamətlərdə olacaq: 120 nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – Səməd Vurğun parkı; 120E nömrəli marşrut Hövsan yaşayış kompleksi (MİDA) – Səməd Vurğun parkı; 121E nömrəli marşrut Elman Qasımov küçəsi (Hövsan qəsəbəsi) – metronun "Əhmədli" stansiyası.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu