Menyu

Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Operativ Media
Qaradağda 23 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
1 dəq oxu

Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən M.Əhmədov və X.Hüseynov saxlanılıblar.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 23 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

Araşdırmalarla saxlanılan şəxslərin narkotikləri sosial şəbəkələrdə tanış olduqları, şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşı vasitəsilə əldə etdikləri və paytaxt ərazisində dövriyyəsini təşkil etmək məqsədilə müxtəlif ünvanlara çatdırmağı planlaşdırdıqları müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər