Menyu

Dünyanın ən yüksək maaş alan baş məşqçisi bəlli olub

Operativ Media
Dünyanın ən yüksək maaş alan baş məşqçisi bəlli olub
1 dəq oxu

“Arsenal”ın baş məşqçisi Mikel Arteta yeni müqavilədən sonra dünyanın ən yüksək maaş alan futbol məşqçisi olub.

Operativ Media xəbər verir ki, bu barədə “La Vanguardia” nəşri məlumat yayıb. Bildirilib ki, 44 yaşlı ispaniyalı mütəxəssis bundan sonra London klubunda illik təxminən 26 milyon avro qazanacaq. Onun əvvəlki maaşı mövsüm başına 17,3 milyon avro təşkil edib.

Ən yüksək maaş alan məşqçilərin siyahısında ikinci yeri “Əl-Hilal”ın baş məşqçisi Simone İnzaqi tutur. İtaliyalı mütəxəssisin illik qazancı 25,7 milyon avrodur. “Atletiko”nun çalışdırıcısı Dieqo Simeone isə 23,2 milyon avro ilə üçüncü pillədə qərarlaşıb.

Artetanın “Arsenal”la yeni müqaviləsi 2030-cu ilə qədər qüvvədə olacaq. O, 2019-cu ilin dekabrından London təmsilçisinə rəhbərlik edir. 2025/2026 mövsümündə onun rəhbərliyi altında komanda İngiltərə çempionu olub.

Əlaqəli Xəbərlər