Menyu

Astara Terminalında 9 ayda 631 min tondan çox yük aşırılıb

Operativ Media
Astara Terminalında 9 ayda 631 min tondan çox yük aşırılıb
1 dəq oxu

Bu ilin yanvar-sentyabr aylarında Astara Terminalında (İran ərazisində) 631 min tondan çox yük aşırılıb.

Operativ Media xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən təqribən 33 % çoxdur.

Təkcə bu ilin sentyabr ayı üzrə müvafiq göstərici 52 % artımla 93 min tondan çox olub.

Xatırladaq ki, tikinti işləri yekunlaşmaq üzrə olan Astara Terminalı tam gücü ilə işə düşdükdən sonra illik 3,5-4 milyon ton yükötürmə həcmi ilə regional yük əməliyyatlarını genişləndirəcək.

Əlaqəli Xəbərlər